Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

 

Hörmətli cənab Prezident!

Əfqanıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, tarixi ənənələrə malik Azərbaycan-Əfqanıstan dostluğunun qorunub saxlanması və möhkəmləndirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 1.