Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Nazranda törədilmiş çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara tezliklə sağalmağı arzu edirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 avqust 2009-cu il

 

Azərbaycan. 2009.- 19 avqust.- S. 1.