Qəbələdə Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçirilmişdir
Heydər Əliyev
Fondunun dəstəyi ilə Qəbələdə keçirilən
Beynəlxalq musiqi festivalı davam edir. Festivalda müxtəlif
ölkələrdən dəvət olunmuş virtuoz
pianoçular öz məharətlərini nümayiş
etdirirlər. Festival çərçivəsində artıq
üç gündür ki, Qəbələ rayon mədəniyyət
evində gənc pianoçuların beynəlxalq müsabiqəsi
keçirilir. Avqustun 17-də müsabiqənin II turuna start
verilmişdir. Tura avqustun 18-də yekun vurulacaqdır. Avqustun
19-da müsabiqənin final mərhələsi keçiriləcək
və qaliblər mükafatlandırılacaqlar.
Avqustun 17-də isə
axşam saat 21-də, musiqi festivalının proqramına
uyğun olaraq, Qəbələdəki "Qafqaz Resort"
otelinin qarşısında açıq havada dünya
şöhrətli müğənni Müslüm Maqomayevin
xatirəsinə həsr olunmuş konsert olmuşdur. Əvvəlcə
Müslüm Maqomayevin xatirəsi bir dəqiqəlik sükutla
yad olunmuşdur. Tədbirdə qeyd olunmuşdur ki, avqustun 17-si
dünya şöhrətli Azərbaycan müğənnisi
Müslüm Maqomayevin doğum günüdür. Təkrarolunmaz
bariton səsi ilə səhnələri fəth edən
Müslüm Maqomayev Azərbaycan mədəniyyətini,
musiqisini dünyaya tanıtmışdır.
Xatırladaq ki, avqustun
20-də pianoçularun qala konserti olacaqdır. Ayın 21-də
isə Mənsum İbrahimov, Aygün Bayramova, Elçin Həşimov
və Elnur Əhmədovun iştirakı ilə muğam
axşamı təşkil ediləcəkdir. Festivalın təntənəli
bağlanışı avqustun
22-də olacaqdır.
Azərbaycan.- 2009.- 19 avqust.- S. 5.