"Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı"nın təsdiq edilməsi barədə

 

"Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 aprel tarixli 2079 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 1.