Azərbaycan haqqında nəşrlərə
Kiyevdə maraq böyükdür
Ukrayna paytaxtında V
Kiyev Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir.
Üç min
kvadratmetrdən çox ərazidə dünyanın 30 ölkəsindən
- Azərbaycan, Belarus, Bolqarıstan, Rusiya, İtaliya, Çin,
Litva, Polşa, Rumıniya və digər ölkələrdən
naşirlər kitab məhsullarını nümayiş etdirirlər.
Kiyev sərgisində ilk dəfə olaraq İran və
İsrail də iştirak edir.
Azərbaycanın
Ukraynadakı səfirliyi tərəfindən təşkil
olunmuş stenddə dövlətimizin qədim tarixi, dünya
şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev
haqqında, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi
altında respublikamızın daxili və xarici siyasət sahələrində
əldə etdiyi nailiyyətlər, xalqımızın zəngin
mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi və ölkəmizlə
bağlı digər aktual məsələlər barədə
Azərbaycan, Ukrayna və ingilis dillərində kitablar və
dövri mətbuat nümunələri nümayiş etdirilir.
E.Axundovanın "Heydər
Əliyev. Şəxsiyyət və zaman", "Heydar Aliyev
and national policy in Azerbaijan", S.Rüstəmova - Tohidinin
"Bakı ş. 1918-ci il mart. Azərbaycandakı talanlar
sənədlərdə", V.Quliyevin "Azərbaycan
məktəbi Rusiya orientalistikasında" kitabları,
M.Miroşniçenkonun "Azərbaycan poeziyasının
antologiyası" ikicildliyi,
"Bakı", "Azərbaycan
dünyası", "Azərbaycan
və dünya" jurnalları və digər nəşrlər
sərgiyə gələnlərdə
böyük maraq doğurmuşdur.
V Kiyev Beynəlxalq kitab
sərgi-yarmarkası avqustun 21-dək davam edəcəkdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2009.- 20 avqust.- S.2.