"İRƏLİ" İctimai Birliyinin üzvləri koreyalı gənclərlə görüşmüşlər

 

"İRƏLİ" İctimai Birliyinin üzvləri Koreya Respublikasının gənclər nümayəndə heyəti ilə görüşmüşlər.

İctimai Birliyin sədri Ceyhun Osmanlı qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat vermişdir. Vurğulamışdır ki, əsas məqsəd Azərbaycanda insan kapitalının, xüsusilə gənclərin inkişafına nail olmaqdır. Bildirmişdir ki, "İRƏLİ" İctimai Birliyi artıq 4 ildir ki, fəaliyyət göstərir və hazırda 8 minə yaxın fəal gənci öz ətrafında birləşdirir, 600 layihə həyata keçirmişdir. C.Osmanlı Qazax rayonunda təşkil edilmiş 10 günlük Gənc Liderlər Üçün Yay Universitetindən danışaraq bildirmişdir ki, bu layihə gənclər üçün çox faydalı və səmərəli olmuşdur.

Eyni zamanda, İctimai Birlik dünyanın 30-dan çox ölkəsinin 60-a yaxın gənclər təşkilatı ilə əməkdaşlıq edir. Natiq demişdir ki, Azərbaycanla Koreya Respublikası arasında möhkəm dostluq münasibətləri mövcuddur və hər sahədə birgə böyük layihələr həyata keçirilir və gənclər əməkdaşlığa maraqlıdır. Qonaqlar ölkəmizdə gənclərin inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndirmişlər.

Görüşdə gənclər sahəsində əməkdaşlıq və birgə fəaliyyətə dair müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 avqust.- S.3.