Neft Daşlarının salnaməsindən

 

* 1955-1960-cı illərdə Neft Daşlarında 300 yerlik klub, su çənləri, 100 yerlik yeməkxana, 3 saylı əmtəə çənləri parkı, 2 saylı sutəmizləyici qurğu, 6 saylı neftyığma məntəqəsi istifadəyə verildi.

* Keçən əsrin 50-ci illərinin ikinci yarısında burada həmçinin 2 saylı yaşayış qəsəbəsi - 8 ikimərtəbəli ev, qazanxana, transformator yarımstansiyası, 50 nəfərlik yeməkxana, bunlardan əlavə, istehsalat meydançaları və estakadalar inşa edildi.

* 1960-1970-ci illərdə 2 saylı qəsəbədə 2 saylı ompressor stansiyası, 7 və 10 saylı neftyığma məntəqələri, 3 saylı sutəmizləyici qurğu, mağaza tikildi.

* Gəmilər üçün yanalma körpüsü, tədqiqat laboratoriyası, yanğınsöndürmə nasos stansiyası, çörək zavodu, 5 saylı əmtəə çənləri parkı, limonad sexi, iaşə köşkləri, yataqxanalar, meydançalar, kommunikasiya xətlərinin inşası da XX əsrin yeddinci onilliyinə təsadüf edir. Bu dövrdə Bakının 8-ci kilometr massivində neftçilər üçün 8 yaşayış binası istifadəyə verildi.

* 1967-ci ildə "Neft Daşları" qəzeti təsis olundu və bu mətbu orqan indiyədək fəaliyyyət göstərir.

 

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 5.