Latviya şirkəti Azərbaycan bazarına maraq göstərir
Latviyanın "Maximus
Capital" investisiya kompaniyası Azərbaycanda rəsmi
nümayəndəliyini açmaq imkanlarına baxır.
Şirkətin Özəl
Kapitalın İdarə Edilməsi Departamentinin direktoru Dmitri
Feldman bildirib ki, Azərbaycan bazarı çox perspektivlidir və
rəsmi nümayəndəliyin açılması bu bazarda
biznesi inkişaf etdirmək üçün vacib şərtdir.
Onun sözlərinə görə, Azərbaycanda depozit
üzrə yaxşı şərait var. Azərbaycan
bankları yüksək faizlər verir. Bu faizlər xarici
maliyyə bazarlarının orta gəlirləri fonunda Azərbaycan
müştəriləri üçün elə də cəlbedici
deyil. "Digər tərəfdən mən əminəm ki,
beynəlxalq maliyyə bazarları investisiya potfellərini
diversifikasiya etmək məqsədi ilə Azərbaycanın
istər özəl, istərsə də institusional
müştəriləri üçün maraq kəsb edə
bilər" - deyə D.Feldman vurğulayıb.
Onun sözlərinə
görə, "Maximus Capital" Azərbaycanın özəl
və korporativ müştərilərinə bir sıra xidmətlər
(aktivlərin etibarlı idarə olunması, şəxsi
portfellərin yaradılması, əsas kapitalın
qaytarılmasına zəmanət verilməsi ilə investisiya
strategiyalarının hazırlanması, dünya maliyyə
bazarlarında broker xidmətləri və s.) təklif etməyi
nəzərdə tutur.
Məlumat
üçün bildirək ki, "Maximus Capital" Avropa
Birliyinin tələblərinə uyğun lisenziya almış
özəl şirkətdir. Şirkətdə beynəlxalq zəngin
təcrübəyə, dünya maliyyə qurumlarında
müsbət reputasiyaya malik komanda çalışır. Kompaniyanın
top-menecerləri və idarə layihənin üzvləri
vaxtı ilə dünyanın tanınmış bank və
maliyyə institutlarında işləmişlər. Hazırda
"Maximus Capital" Baltik və MDB ölkələrində
uğurla fəaliyyət göstərir.
Azərbaycan.- 2009.- 20
avqust.- S. 5.