Türkiyə standartlaşdırma institutu ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Türkiyə Standartlaşdırma İnstitutunun (TSİ) direktoru Tahir Böyükhelvacıgilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc-ın yaydığı xəbərə görə, görüşdə hər iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafında vacib rol oynayan standartlaşdırma qurumlarının fəaliyyəti haqqında məlumat verilmiş, TSİ-nin əhəmiyyətli bir təşkilat kimi Azərbaycanda yerli qanunvericiliyə uyğun fəaliyyət göstərməsi nəticəsində gələcəkdə birgə layihələrin həyata keçiriləcəyinə dair fikir mübadiləsi aparılmışdır.

Ramiz Həsənov son illər bir çox istiqamətlərdə inkişafın olduğunu söyləmişdir. TSİ-nin direktoru Tahir Böyükhelvacıgil isə Azərbaycanla işbirliyi münasibətlərinə xüsusi əhəmiyyət verdiyini demişdir.

Müzakirələrin sonunda qurum rəhbərləri arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 5.