Gəncədən Ukrayna paytaxtına yeni aviareys açılmışdır

 

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən Kiyevə yeni aviareys açılmışdır.

Ölkəmizin Ukraynadakı səfirliyinin və Ukraynadakı Azərbaycan diasporunun dəstəyi ilə "Donbass Air" şirkəti ilə bağlanmış müqavilə əsasında reallaşan reysin açılış mərasimində hər iki tərəfin rəsmi nümayəndələri çıxış edərək həyata keçirilən bu tədbirin əhəmiyyətindən danışmışlar.

Qeyd olunmuşdur ki, hələlik həftədə bir dəfə olacaq reyslə Gəncə və ətraf rayonların sakinləri rahat şəkildə Ukraynaya, oradan isə istədikləri ölkələrə uçmaq imkanı əldə edəcəklər. Qiymətlərə gəlincə, Kiyevə uçmaq istəyən sərnişinlər 240 manat ödəməlidirlər.

Gəncə beynəlxalq hava limanından verilən məlumata görə, yaxın vaxtlarda Gəncədən Odessa və Donetsk şəhərlərinə də aviareyslər həyata keçiriləcəkdir. Hazırda bu məqsədlə danışıqlar aparılır.

 

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 5.