İnsan təbiətin
övladıdır. Ağaclar,
bulaqlar, çaylar, meşələr, oylaqlar,
yaylaqlar, quşlar, heyvanlar onun sevimli yetirmələridir.
Hətta şəkillərdə
gördüyünüz bu
mənzərələr də.
İnsanın xislətinə,
varlığına təbiətin
təsiri var.
Elə bu gözəl
guşədən də gül-çiçəyin,
dağların, yamacların ətri süzülüb
insanların qəlbinə yol tapır. İki daş
qayanın altından pöhrə verən, Günəşə
doğru boy atan bu tənha gül də, təpənin
döşündə əbədilik qazanmış bu ağac
da, neçə səyahətçiyə, yolçuya
yağışlı, yaxud günəşli havada dincini
almağa şərait yaradan bu tənha ev də təbiətin
insanlara bəxşişidir. Bu gülün, ağacın dili
olsaydı, deyərdi ki, təbiəti qoruyun. Çünki o
sizə həyat verir. Hər bir ağacın, gülün,
çiçəyin ətri, ruhiyyəsi, sərin
bulağın suyu təkcə bir elin, obanın
dünyasını işıqlandırmır, təravətləndirmir.
Təbiətin qoynuna gələn hər kəsin
könlünü oxşayır, ona təravət gətirir.
Bu dərələrin
sinəsinə qədəm qoymaq, qayaların zirvəsinə
qalxmaq, elə bu tənha gülün gözəlliyinə
tamaşa etmək özü də ulu Tanrının bir qismətidir.
Fotomüxbirimiz deyir ki, bu dərələrdən
şaqqaşaqla üzü aşağı axıb
gülün ətrafından keçən çayın
laylasını, sanki yaratdığı lirik, həzin musiqini
hiss etmək istəyirsən, burada havanı acgözlüklə
ciyərlərinə çəkməyə
çalışırsan...
Daşdəmir ƏJDƏROĞLU
Azərbaycan.- 2009.- 20 avqust.- S. 6.