Koreya Respublikasının Prezidenti zati-aliləri cənab Li Men Baka
Hörmətli cənab Prezident!
Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim De Çjunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 21
avqust.- S. 1.