Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələ BMT Baş Məclisinin 64-cü sessiyasında müzakirə olunacaqdır

 

Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı məsələ BMT Baş Məclisinin sentyabrın 23-dən 30-dək keçiriləcək 64-cü sessiyasında müzakirə olunacaqdır.

BMT Baş Məclisinin rəsmi saytında bildirilir ki, sessiyanın gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilmişdir.

Bu məsələlər BMT Baş Məclisinin 63-cü sessiyasının gündəliyinə daxil edilsə də, sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  21 avqust.- S. 2.