Azərbaycanlı rejissor beynəlxalq
sərgidə iştirak
edir
Moskvada "Milli gen testi. Sitatlar" adlı beynəlxalq sərgi açılmışdır. Sərginin işində azərbaycanlı rejissor Şamil Nəcəfzadə də iştirak edir.
MDB-yə üzv olan ölkələrin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondundan verilən məlumata görə, bu sərgi "Odna şestaya plyus" proqramı çərçivəsində keçirilən sayca üçüncü layihədir. Bu humanitar fondun dəstəyi ilə Rusiya Rəssamlarının Yaradıcılıq Birliyi tərəfindən təşkil olunmuşdur.
Sərginin başlıca məqsədi təqdim olunan sənədli film və müəllif fotoşəkillərində öz əksini tapmış milli məktəblərin fərqli cəhətlərini və ya özəl xüsusiyyətlərini aşkar etməkdir.
Sərgi avqustun 30-dək davam edəcəkdir.
Azərbaycan.- 2009.- 22 avqust.-
S. 6.