Ukraynanın Prezidenti zati-aliləri cənab Viktor Yuşşenkoya

 

Hörmətli Viktor Andreyeviç!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Ukrayna xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Dərin tarixi köklərə və xoş ənənələrə malik Azərbaycan-Ukrayna münasibətləri bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində səmərəli iş birliyi münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir.

Əminəm ki, qarşılıqlı maraq doğuran konstruktiv əməkdaşlığımızın dərinləşməsinə, işgüzar əlaqələrimizin hərtərəfli inkişafına dair niyyətlərimizi gerçəkləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Viktor Andreyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 iyul 2009-cu il

 

Azərbaycan.- 2009.-  23 avqust.- S.1.