Ermənilər növbəti dəfə gülünc iddiaları ilə özlərini beynəlxalq
səviyyədə rüsvay
etmişlər
Neçə illərdir
dünya ictimaiyyətini aldadaraq 1915-ci ildə Osmanlı
dövlətində baş verən hadisələrə
"erməni soyqırımı" donu geyindirərək
beynəlxalq sığorta təşkilatlarından təzminat
almaq istəyən ermənilərin ümidləri gözlərində
qaldı. Çünki ABŞ-ın Federal Məhkəməsi
qondarma soyqırımla bağlı ermənilərin beynəlxalq
sığorta təşkilatlarından həyat
sığortası adı altında təzminat almasına
imkan verən qanunu ləğv etdi və
"soyqırımı" ifadəsi işlətmək
qadağan olundu.
Amerikada güclü fəaliyyət
göstərən erməni lobbisinin gərgin əməyi nəticəsində
son illər bu məsələ nəinki gündəmdən
düşmür, hətta bir neçə Avropa ölkəsi
də bu məsələni dəstəkləyərək
tarixi gerçəklikləri öyrənmədən 1915-ci il
hadisələrini "erməni soyqırımı"
adı altında qanun şəklində qəbul etdi. Lakin
ulularımız demiş, haqq da yerin tapır... Dəfələrlə
soyqırımı məsələsi kimi bəzi ölkələrin
parlamentlərində gündəmə gətirilən və
bununla da Türkiyəyə təzyiq göstərmək
üçün düşmən qüvvələrin əlinə
bəhanə verən ermənilər sonda özləri
gülünc vəziyyətə qaldılar.
Federal Məhkəmə
ləğvetmə qərarını onunla izah edib ki, "erməni
soyqırımı" haqqında qanun Federal Məhkəmə
səviyyəsində deyil, ABŞ-ın bir ştatı tərəfindən
qanun formasında hazırlanıb və ona əsaslandırılıb.
Bu səbəbdən də həmin qanunun heç bir
hüquqi qüvvəsi yoxdur.
Məhkəmənin qərarında
bildirilir: "ABŞ-ın xarici siyasətinə təsir
göstərən hər hansı əyalət qanunu
qeyri-qanunidir və belə məsələlərdə
yalnız Federal Dövlətin qanunu əsas
götürülür". Hakim David Tomson bildirib ki,
ABŞ-da Federal Dövlət I Dünya müharibəsi
zamanı "erməni ölüləri" mövzusunda
siyasi anlamlar daşıyan "soyqırımı" ifadəsini
işlətməmək haqqında qərar qəbul
etmişdir
Xatırladaq ki, ermənilərin
maraqlarına uyğun olan bu qanun ABŞ-ın Kaliforniya
ştatında yaşayan və geniş lobbiçilik fəaliyyəti
göstərən ermənilərin təkidilə 2000-ci ildə
qəbul edilmişdi. Həmin qanuna əsasən 1915-ci ildə
Osmanlı dövlətində "soyqırıma" məruz
qalan ermənilərin miraslarına səlahiyyət verilirdi ki,
onlar sığorta təşkilatlarına qarşı məhkəmə
işi açsınlar və yüksək məbləğdə
vərəsəyə sahib olsunlar.
Həmin qanunun
üstündən 9 il keçməsinə baxmayaraq, arzusuna
çatmayan ermənilər məsələ ətrafında həddən
artıq hay-küy qaldırır, hətta onlara pul ödəməyən
beynəlxalq sığorta şirkətlərinə
qarşı məhkəmə iddiası irəli sürmək
niyyətində olduqlarını bəyan edirdilər. Onların
bu hay-küyü ABŞ Federal Məhkəməsini məsələyə
yenidən baxmağa vadar etdi və ermənilər tərəfindən
hiddət və hüznlə qarşılanan qərar qəbul
etdi.
İndi ermənilər
vəkil axtarışına çıxıblar. Onları
müdafiə edən vəkil Bruan Kabatek məlum qərarı
yanlış və böyük fəlakət kimi dəyərləndirərək
deyib ki, bu işi Yüksək Məhkəməyə
çıxardacaq. Vəkilin bu iddiasını zarafat kimi qəbul
edən həmkarları isə bildiriblər ki, hər halda, cənab
Bruan əsəbidir. O, çox yaxşı bilir ki, Yüksək
Məhkəmə ABŞ-ın hər hansı bir
ştatında qəbul edilən və heç bir hüquqi
qüvvəyə malik olmayan qanunu deyil, Federal Məhkəmənin
qərarını dəstəkləyəcək.
Bunu nəzərə
alan ABŞ Federal Məhkəməsi məsələyə
yenidən qayıtmış və ermənilərin
etirazına səbəb olan qərar qəbul etmişdir. Bununla
da ermənilər növbəti dəfə gülünc
iddiaları ilə özlərini beynəlxalq səviyyədə
rüsvay etmişlər.
R.RZALI
Azərbaycan.- 2009.- 23
avqust.- S. 1.