Almaniya ilə aqrar sahədə
əlaqələr barədə məlumat verən Azərbaycanın
kənd təsərrüfatı naziri İsmət Abasov
bildirmişdir ki, 2008-ci ildə bu sektorda ticarət dövriyyəsi
112 milyon 958 min ABŞ dolları təşkil etmişdir. Azərbaycandan
Almaniyaya, əsasən, nərə balıqlarının
kürüsü, meyvə və tərəvəz şirələri,
fındıq, meyvə unu ixrac edilmişdir.
Respublika əhalisinin
heyvandarlıq məhsulları ilə təminatını
yaxşılaşdırmaq məqsədilə Almaniyadan 763
baş südlük mal gətirilərək fermerlərə
paylanmışdır.
Azərbaycan.- 2009.- 23 avqust.- S. 4.