Türkiyəli rəssamın Bərdədə sərgisi

 

Türkiyəli rəssam Sefa Fazlıoğlu Yıldırımın Bərdədə rəsm sərgisi açılmışdır. Açılış mərasimi ilə bağlı keçirilən toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahir Qasımov çıxış edərək Azərbaycan və Türkiyə dövlətləri arasında yüksələn xətlə inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrdən danişmış, bir millətin mövcud olan iki dövləti arasında təməli xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan dostluğun, qardaşlığın sarsılmaz olduğunu vurğulamışdır.

Mərasimdə çıxış edən rəssam Sefa Fazlıoğlu bərdəli sənətsevərlərlə görüşdən məmnunluğunu bildirmişdir.

Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Soltan Həsənov isə çıxışında qeyd etmişdir ki, bu, Bərdədə keçirilən ilk rəsm sərgisidir. Təməli yeni qoyulan bu ənənə uğurla davam etdiriləcəkdir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 5.