Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28
dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında
İnsan hüquqlarının müdafiəsi üzrə Milli
Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" sərəncamına uyğun olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzərinə qoyulmuş vəzifələrin icrası ilə
bağlı mütəmadi tədbirlər həyata
keçirilmiş, seçki sahəsində maarifləndirmə
işinin gücləndirilməsi, habelə dairə və məntəqə
seçki komissiyalarının sədr və üzvlərinin
peşəkar hazırlığının artırılması
məqsədilə, onlar üçün kurslar təşkil
edilmişdir.
Hazırda Mərkəzi
Seçki Komissiyası həmin sərəncamın
icrasının davam etdirilməsi ilə bağlı
hazırlıq işləri apararaq aşağı seçki
komissiyalarının rəsmiləri üçün yeni
kursların təşkil edilməsi işini başa çatdırmışdır.
Belə ki, dairə
seçki komissiyasının sədrləri üçün
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının bazasında və
onunla birgə kursların keçirilməsi məqsədəmüvafiq
hesab edilmiş, maarifləndirmə materiallarının həcminə
müvafiq olaraq 36 saat Tədris proqramı və Təqvim-tematik
plan işlənib hazırlanmış, həftəlik tədrisin
cədvəli tutulmuş, seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslarda iştirak edəcək
dairə seçki komissiyası sədrləri
üçün tədrisdən əlavə görüş
və mədəni tədbirlərin keçirilməsi də
daxil olmaqla, seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların keçirilməsi
üçün fəaliyyət proqramı
hazırlanmış, aşağı seçki
komissiyalarının digər rəsmiləri üçün
isə regional kursların təşkil edilməsi qənaətinə
gəlinmişdir.
Mərkəzi Seçki
Komissiyası yuxarıda göstərilən sərəncamın
icrası ilə əlaqədar hazırlıq işlərinin
ilkin mərhələsini yekunlaşmış hesab edərək
cari ilin sentyabr ayının birinci yarısından
başlayaraq seçki rəsmiləri üçün tədris
kurslarının keçirilməsini müqsədəmüvafiq
hesab edir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə
uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan
Respublikasında İnsan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi
haqqında" sərəncamının icrasının
davamı olaraq tərtib edilmiş Tədris proqramı əsasında
2009-cu il sentyabrın 7-dən başlayaraq dairə seçki
komissiyası sədrləri üçün, 2009-cu il
sentyabrın 21-dən başlayaraq dairə seçki
komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədr və üzvləri
üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar keçirilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib
Natiq Məmmədov
Üzvlər
Ramiz İbrahimov
Validə Kazımova
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən
İsmayılov
Akif Qurbanov
Oktay Hümbətli
24.08.09
Azərbaycan.- 2009.- 24 avqust.- S. 4.