Bəzi normativ aktların qəbul edilməsinə, bəzilərinə isə əlavə dəyişikliklər edilməsinə dair  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar: 23/96

 

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə dəyişikliklər edilmişdir.

Qanunvericiliyə edilmiş bəzi əlavə dəyişikliklər bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə bələdiyyə seçkilərinin hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi qayda təlimatların qəbul edilməsinə ehtiyac yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:

* Siyasi partiyaların bloklarının qeydə alınması haqqında Təlimat (Qərar N 23-1);

* Səsvermə günü seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat (Qərar N 23-2);

* Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi qeydə alınması üçün təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması namizədlərin qeydə alınması Qaydaları (Qərar N 23-3);

* Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat (Qərar N 23-4);

* Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması hesabatı qaydaları haqqında Təlimat (Qərar N 23-5);

* Bələdiyyə seçkilərində seçki fondlarına daxil olmuş pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat (Qərar N 23-6);

* Bələdiyyə seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat (Qərar N 23-7);

* Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair İzah (Qərar N 23-8);

* Bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokolunun doldurulması qaydasına dair İzah (Qərar N 23-9).

2. Müvafiq seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün qəbul edilmiş eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilsin.

3. Aşağıda göstərilən normativ xarakterli aktlarda müvafiq əlavə dəyişikliklər edilsin:

* "Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"ın (Qərar N 23-10):

İkinci hissəsinin 6 7-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

"6. Səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransın, rəhbər orqanı iclasının) qərarı.

7. Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri (bu Təlimata 6 saylı əlavə)".

Dördüncü hissəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin: "Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (bu Təlimata 6 "A" 6 "B" saylı əlavələri)".

* "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları"nın (Qərar N 23-11):

Birinci cümləsində "toplanması" sözündən sonra "üçün imza vərəqələrinin verilməsi" sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: "İmza vərəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra - Seçki Məcəlləsi) 3 3 "A" saylı əlavələrdə göstərilən formada hazırlanır (Qaydalara 2 2 "A" saylı əlavələr). "

* "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat"ın (Qərar N 23-12):

2.1-ci bəndindəki "105" "70" rəqəmləri müvafiq olaraq "65" "40" rəqəmləri ilə əvəz edilsin.

2.2-ci bənd çıxarılsın.

* "Bələdiyyə seçkilərinin hazırlanmasına keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat"ın (Qərar N 23-13):

2-ci bəndində "90" rəqəmi "45" rəqəmi ilə əvəz edilsin;

4-cü bənd aşağıdakı redaksiyada verilsin: "Seçki fondlarına vəsaitlərin daxil olması xərclənməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra - Seçki Məcəlləsi) müvafiq normativ aktlarla tənzimlənir."

4. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

 

Üzvlər

 

Ramiz İbrahimov

Validə Kazımova

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Oktay Hümbətli

 

 

24.08.09

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 4.