Heydər Əliyev və
Azərbaycan təhsili
Ordubad Rayon Təhsil
Şöbəsində "Heydər Əliyev və Azərbaycan
təhsili" mövzusunda tədbir keçirilmişdir.
Şöbənin
müdiri İ.Həsənov çıxış edərək
demişdir ki, ümummilli lider Heydər Əliyev bütün
fəaliyyəti boyu təhsilə böyük əhəmiyyət
vermişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi
ilə azərbaycanlı gənclər SSRİ-nin müxtəlif
şəhərlərində nüfuzlu ali məktəblərə
qəbul olunmuş, yüksək səviyyəli mütəxəssislər
kimi Azərbaycana qayıtmışlar. Ümummilli liderin
layiqli davamçısı Prezident İlham Əliyev bu işi
uğurla davam etdirir. Təkcə bir faktı qeyd edək ki,
son illər ərzində Naxçıvan Muxtar
Respublikasında 150 məktəb binası tikilmiş və
yaxud əsaslı şəkildə təmir olunaraq məktəblilərin
istifadəsinə verilmişdir. 2008-2009-cu tədris ilində
muxtar respublikanın orta məktəblərinin 4390 nəfər
məzunundan 3230 nəfəri ali məktəblərə sənəd
vermiş, 1348 nəfəri tələbə adını
qazanmışdır. 232 nəfər 500-700 arası bal toplamışdır.
Digər
çıxış edənlər də təhsildəki
uğurlardan danışmışlar.
Azərbaycan.- 2009.-26
avqust.- S.4.