Azərbaycanda Milli Akkreditasiya Sistemi yaradılır

 

Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi Milli Akkreditasiya Sisteminin yaradılması istiqamətində işləri sürətləndirmişdir.

Qurumun mətbuat xidmətindən bildirmişlər ki, bu sahədə normativ bazanın yaradılması beynəlxalq səviyyəyə uyğunlaşdırılması üçün müvafiq şöbələr fəal aparır.

Artıq Milli Akkreditasiya Sisteminin "Akkreditasiya sistemi, əsas müddəalar", "Akkreditasiya sisteminin uyğunluq nişanı" "Reyestrin aparılması qaydaları"ndan ibarət təməl sənədləri hazırlanmışdır.

Bundan başqa, bu sahədə İSO/İEK 17025 (Sınaq kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər) beynəlxalq standartının tətbiqi planlaşdırılır. Onu da qeyd edək ki, hazırda akkreditasiya sahəsi AZS Milli Sertifikatlaşdırma Sisteminin tərkibindədir.

 

 

Azərbaycan.- 2009.- 26 avqust.- S. 1.