Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi
Alan Vaddamsı diplomatik fəaliyyətinin başa
çatması münasibətilə qəbul etmişdir.
Görüşdə Azərbaycan
ilə Avropa Komissiyası arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı, Praqa sammitinin
münasibətlərin möhkəmlənməsinə
müsbət təsiri qeyd olundu və əlaqələrimizin
gələcəkdə də tərəqqi edəcəyinə
əminlik bildirildi.
Dövlətimizin
başçısı Alan Vaddamsın Azərbaycan ilə
Avropa Komissiyası arasında əməkdaşlığın
genişləndirilməsi işinə öz töhfəsini
verdiyini vurğulayaraq gələcək fəaliyyətində
ona uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 27 avqust.- S. 1.