Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da
İsrail dövlətinin ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Mixael Lavon-Lotemin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul
dəstəsinin önündən keçdi. Mixael Lavon-Lotem
etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim
etdi.
Dövlətimizin
başçısı səfirlə xatirə şəkli
çəkdirdi.
Sonra Prezident İlham Əliyev
səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan
və İsrail arasında ikitərəfli münasibətlərin
səviyyəsindən razılıq ifadə edildi, ölkələrimizin
iqtisadi, ticari, səhiyyə, turizm, kənd təsərrüfatı
və digər sahələrdə əlaqələrinin
inkişafı ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı, həmin sahələrdə
əməkdaşlığın yaxşı perspektivlərinin
olduğu vurğulandı.
AzərTAc
Azərbaycan.- 2009.- 27 avqust.- S. 2.