YAP Tovuz rayon təşkilatında seçkilərə hazırlıqla bağlı qərargah yaradılmışdır

 

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Tovuz rayon şöbəsinin sədri Bəhruzər Rüstəmov bildirmişdir ki, rayonda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı işlərə başlanmışdır.

Artıq 15 nəfərdən ibarət olan qərargah üzvləri arasında vəzifə bölgüsü aparılmışdır. Qərargahda qarşıdakı seçkilərdə iştirak edəcək namizədlərin müəyyənləşdirilməsi istiqamətində hazırlıqlara başlanmışdır. Rayon üzrə 375 bələdiyyə yeri uğrunda mübarizə aparmaq üçün partiyanın namizədləri irəli sürüləcəkdir.

Hazırda seçki ərəfəsi ictimai rəy və yerli əhəmiyyətli sosial problemlər öyrənilir.

 

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 2.