"Fərqli olsaq da, birlikdəyik" layihəsinin
yekunlarına dair mətbuat konfransı keçirilmişdir
Avqustun 26-da Azərbaycan
Media Mərkəzində Gənclər üçün Təhsil
Mərkəzinin Avropa Şurası Gənclər Fondunun maliyyə
dəstəyi ilə keçirilən "Fərqli olsaq da,
birlikdəyik" layihəsinin yekunlarına dair mətbuat
konfransı keçirilmişdir.
Gənclər
üçün Təhsil Mərkəzi ötən aydan
başlayaraq Avropa Gənclər Fondunun maliyyə dəstəyi
ilə həyata keçirilən layihə çərçivəsində
Azərbaycanın müxtəlif regionlarında yaşayan milli
azlıqlar üçün təlim proqramının
icrasına başlamışdır. Belə ki, mərkəz
25 nəfər müxtəlif milli azlıq qrupundan olan gənci
Bakıda bir araya gətirmişdir.
Əsas məqsədi
milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin
inkişafı prosesində rolunu artırmaq, onların QHT idarəçiliyi,
layihələrin yazılması və idarə edilməsi,
liderlik qabiliyyətlərinin inkişafı istiqamətində
təlimatlandırılması və aktiv vətəndaşlıq
dəyərlərinin aşılanması olan təlimin
avqustun 27-də başa çatması nəzərdə
tutulmuşdur.
Gənclər
üçün Təhsil Mərkəzinin təsisçisi
Vüsal Quliyev mətbuat konfransı zamanı qeyd etmişdir
ki, layihə çərçivəsində regionlarda da təlim
proqramları təşkil olunmuş və təlim
keçmiş gənclər vasitəsilə yerlərdə
milli azlıqlardan olan gənclərin iştirakı ilə
kiçik layihələr həyata keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 27 avqust.- S. 2.