AŞ-ın Gənclərlə üzrə daimi Komitəsi müzakirələr aparmışdır

 

Avqustun 26-da Bakıda keçirilən Avropa Şurasının (AŞ) Gənclərlə iş üzrə daimi Komitəsinin yay məktəbi çərçivəsində "AŞ tərəfindən həyata keçirilən gənclər siyasəti: konsepsiya, fəaliyyət istiqamətləri və təsir mexanizmləri", "Gənclər siyasəti çərçivəsində gənclərin hüquqları" mövzularında müzakirələr olmuşdur. Sonra müzakirələr müxtəlif qruplarda davam etmişdir.

Qeyd edək ki, avqustun 27-də yay məktəbi çərçiəsində AŞ-a üzv ölkələrdə həyata keçirilən gənclər siyasətinin uğurlu nümunələri haqqında təqdimatlar və "Avropa səviyyəsindən milli səviyyəyə qədər: Avropa İttifaqının 2020-ci ilə qədər olan strategiyası milli səviyyədə necə icra olunmalıdır?" mövzuları müzakirə olunacaqdır.

Eyni zamanda, gənclər sahəsində çalışan təşkilatlara səfər nəzərdə tutulmuşdur.

Xatırladaq ki, yay məktəbinə avqustun 28-də yekun vurulacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 avqust.- S. 3.