Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın "RWE" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Almaniyanın "RWE" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Almaniyanın "RWE" şirkəti arasında energetika sahəsində həyata keçirilən əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi istiqamətində ölkəmizlə "RWE" şirkətinin birgə fəaliyyətinin perspektivləri müzakirə edilmişdir.

Görüşdə Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri - vitse-kansleri Yoşka Fişer iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 1.