Qusar rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Son illər Qusar rayonunun
sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur
layihələrinin həyata keçirilməsi sahəsində
bir sıra mühüm işlər
görülmüşdür. Bu istiqamətdə görülən
tədbirlərin daha da sürətləndirilməsi, o
cümlədən 16 min nəfərə yaxın sakini olan 27
kəndi birləşdirən Samur-Həzrə yolunun yenidən
qurulması məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Samur-Həzrə yolunun yenidən
qurulması məqsədi ilə Qusar Rayon İcra Hakimiyyətinə
6,5 milyon (altı milyon beş yüz min) manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 28 avqust.- S. 1.