Azərbaycan ilə ABŞ arasında enerji əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 27-də nazir Elmar Məmmədyarov ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi səfir Riçard Morninqstar ilə görüşmüşdür.

Görüşdə tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin müasir vəziyyətinə və inkişaf istiqamətlərinə dair məsələləri müzakirə etmiş, həmçinin Xəzər regionunda gerçəkləşdirilən perspektivli enerji layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar

 

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 1.