Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq
Qasımov bildirmişdir ki, sosial siyasətdə aktiv tədbirləri
genişləndirmək məqsədi ilə 2010-2013-cü illəri
əhatə edəcək "Aztəminatlı ailələrin
sosial reabilitasiyası Dövlət Proqramı" çərçivəsində
13 layihə reallaşdırmaq nəzərdə tutulur.
Əhalinin məşğulluğunun
təmini, peşə hazırlığı və yenidən
hazırlıq, kiçik biznesə dəstək, məktəbdən
işə, kəndli fermer təsərrüfatlarına dəstək,
layiqli əməyin təşkili, psixososial reabilitasiya, sosial
xidmətin təşkili, tibbi sosial reabilitasiya və s. sahələri
əhatə edəcək bu layihələr ölkədə
yoxsulluq problemlərinin tamamilə həllinə xidmət edəcəkdir.
Azərbaycan.- 2009.- 28 avqust.- S. 1.