Bakıda "Koreya tikinti avadanlığının ixracı-2009" mövzusunda biznes-görüş

 

Avqustun 27-də Bakıda Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı, bu ölkənin Orta və Kiçik Biznes Müdiriyyətinin, Tikinti Avandanlığı Sənayeçiləri Assosiasiyasının dəstəyi ilə "Koreya tikinti avadanlığının ixracı-2009" mövzusunda biznes-görüş keçirilmişdir.

Koreya Respublikasından təqribən 50 tanınmış şirkətin təmsilçilərinin iştirak etdikləri tədbirdə 20-ə yaxın azərbaycanlı iş adamına bu ölkədə istehsal olunan və dünya bazarında populyarlıq qazanmış müxtəlif tikinti avadanlığı, onların ixrac potensialı barədə ətraflı məlumat verilmişdir.

Koreya istehsalı olan tikinti avadanlığının ixracı sahəsində əməkdaşlığın perspektivləri və idxal-ixrac münasibətlərinin təşkili ilə bağlı işgüzar müzakirələr aparılmışdır.

Məlumat verilmişdir ki, Koreya tərəfi növbəti belə tədbiri sentyabrın 1-də Almatıda Qazaxıstanın biznes dairələri ilə keçirəcəkdir. Noyabrda Koreya Respublikasında Azərbaycan və Qazaxıstan şirkətlərinin iştirakı ilə biznes-görüş planlaşdırılır.

 

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 3.