Riçard Morninqstar: "ABŞ "Nabucco" sazişini onun reallaşması yolunda vacib addım sayır"

 

ABŞ "Nabucco" qaz kəməri layihəsi üzrə bağlanmış dövlətlərarası sazişi yüksək qiymətləndirir.

Bu fikri ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Astanada olarkən səsləndirib. "Biz "Nabucco" sazişini vacib addım sayırıq. Baxmayaraq ki, layihənin reallaşmasının sürətlənməsi üçün bundan sonra da ciddi tədbirlər görülməlidir" deyən R.Morninqstar ABŞ-ın ümumilikdə bu layihəni müsbət qarşıladığını söyləyib.

Xatırladaq ki, dəyəri 7,9 milyard avro olan "Nabucco" qaz kəməri layihəsi Xəzər regionu Yaxın Şərq qazını Avropa Birliyi ölkələrinə çatdırmağı nəzərdə tutur. Kəmərin inşasının 2011-ci ildə başlanması planlaşdırılır. Kəmərə ilk qaz 2014-cü ildə vurulacaq onun maksimal ötürmə gücü ildə 31 milyard kubmetr olacaq.

 

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 4.