Cümə məscidi Şamaxının xvııı əsr tarixinin əzəmətli nümunəsidir

 

Üç min illik tarixi olan qədim Şamaxı bu gün arxeoloqlar və tarixçilər üçün hələ də sirli diyar olaraq qalır.

Əsrlər boyu yadelli işğalçılara qarşı mərdliklə sinə gərən bu şəhər 9 dəfə dağıdıcı zəlzələyə məruz qalmış və sonuncu dəfə bu faciə 1902-ci ildə baş vermişdir. Zəlzələ zamanı dağıntıya daha az məruz qalan yeganə bina şəhərin cənubunda, Bakı istiqamətindən Şamaxıya giriş yolunun kənarında yerləşən Cümə məscididir. Zaqafqaziyada Dərbənd məscidindən (734-cü il) sonra 2-ci qədim dini mərkəz olan Cümə məscidi 743-cü ildə tikilmişdir. Zəlzələdən sonra bina tam bərpa edilmişdir. Bu məscid təkcə dini məqsəd daşımamış, həm də elm mərkəzi olmuşdur. Burada uşaqlara təbiətşünaslıq, riyaziyyat, həndəsə və digər dünyəvi elmlər tədris edilmişdir.

Cümə məscidi həm də 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının canlı şahididir. O vaxt daşnaklar 1800 nəfər yerli sakini - uşaqları, qadınları, qocaları zorla məscidə dolduraraq onları diri-diri yandırmışlar. Məscidin divarlarında bu gün də yanğının izləri durur.

 

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 6.