"Arşın mal alan" yenidən səhnədə

 

Məşhur "Arşın mal alan" operettası yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulacaqdır. Teatr sentyabrın 18-də bu tamaşa ilə özünün 100-cü mövsümünü açacaqdır.

"Arşın mal alan"ı tamaşaçılara yeni quruluşda təqdim etmək gənc istedadlara həvalə edilmişdir. Tamaşanın rejissoru Elvin Mirzəyev, dirijoru Nazim Hacıəlibəyov, rəssamları Nabat Səmədova, Gülnarə Xəlilova, baletmeysterləri Zakir Yelena Ağayevlərdir.

Bütün əsas rolları teatrın gənc solistləri ifa edəcəklər. Bununla da doğma Azərbaycanımızın bütün teatrlarında uğurla tamaşaya qoyulan, hər dəfə yaradıcılarına şan-şöhrət populyarlıq qazandıran, dahi Üzeyir bəy Hacıbəylinin dühasından yaranmış "Arşın mal alan"ın məşhur qəhrəmanları yenidən 100 yaşlı Musiqili Komediya Teatrının səhnəsinə qayıdacaqlar. Zəngin repertuara malik teatr yeni mövsumdə "Qırmızı papaq" (rus dilində), "Matəm marşı ya gözünüz aydın", "Milyonçunun dilənçi oğlu", "Şəhərdə manyak var" digər tamaşaları da səhnələşdirəcəkdir

 

 

Azərbaycan.- 2009.- 28 avqust.- S. 5.