Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı
Avqustun 28-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Dövlətimizin başçısı və Türkiyə Respublikasının Baş naziri Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişafından və əlaqələrin daha da möhkəmlənməsindən məmnunluq ifadə etmişlər.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı proseslər, regional münasibətlərlə əlaqədar vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2009.- 29 avqust.-
S. 1.