Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr dəyişiklik edilməsi barədə

 

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 92; 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 1, maddə 24; 2008-ci il, ¹ 5, maddə 359) 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin, dördüncü, beşinci və altıncı abzaslar müvafiq olaraq beşinci, altıncı və yeddinci abzaslar hesab edilsin:

"həmin qanunun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;".

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹4, maddə 323, ¹12, maddə 1034; 2007-ci il, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 10.9-1-ci bənd əlavə edilsin:

"10.9-1. qanunvericiliklə nəzərdə tutulmuş hallarda mətbu nəşrlərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud onların istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırmaq;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 avqust.- S. 1.