Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Dövlət
orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə
qəbul Qaydaları"nın 8-ci bəndinə uyğun
olaraq qərara alıram:
"Dövlət
orqanlarında dövlət qulluğuna qəbul
üçün keçirilən test imtahanlarından
ötrü test nümunələrinin hazırlanması və
qəbul edilməsi Qaydalarının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 550
nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 526; 2003-cü il, № 8,
maddə 441) qüvvədən düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 29 avqust.- S. 2.