1. 2009-cu il iyulun 2-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikası Təhlükəsizlik Şurası və
Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu
arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq
Cədvəli" təsdiq edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sənədin həyata keçirilməsini
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 29 avqust.- S. 2.