1. 2005-ci il noyabrın
25-də Moskva şəhərində Müstəqil Dövlətlər
Birliyi Hökumət Başçıları
Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən
imzalanmış "Müstəqil Dövlətlər
Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə
iş sahəsində əməkdaşlığı
haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 29 avqust.- S. 2.