1. Azərbaycan
Respublikası və Suriya Ərəb Respublikası arasında
2009-cu il iyulun 8-də Bakı şəhərində
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası hökuməti və Suriya Ərəb
Respublikası hökuməti arasında iqtisadi, elmi, texniki və
mədəni əməkdaşlıq üzrə Birgə
Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu;
1.2. Azərbaycan
Respublikası hökuməti və Suriya Ərəb
Respublikası hökuməti arasında sənaye və
energetika sahəsində əməkdaşlıq haqqında
Saziş;
1.3. Azərbaycan
Respublikası hökuməti və Suriya Ərəb
Respublikası hökuməti arasında elektrik enerjisi və bərpa
olunan enerji sahəsində Anlaşma Memorandumu;
1.4. Azərbaycan
Respublikası hökuməti və Suriya Ərəb
Respublikası hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlıq haqqında Saziş;
1.5. Azərbaycan
Respublikası hökuməti və Suriya Ərəb
Respublikası hökuməti arasında informasiya və
kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.6. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Suriya Ərəb
Respublikasının Xarici İşlər Nazirliyi arasında
siyasi məsləhətləşmələr haqqında
Anlaşma Memorandumu;
1.7. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Suriya Ərəb
Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa
dair Niyyət Protokolu;
1.8. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Suriya Ərəb
Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq
haqqında Saziş;
1.9. Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi və
Suriya Ərəb Respublikasının Sənaye Nazirliyi
arasında sənaye sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu;
1.10. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Suriya Ərəb Respublikasının Turizm Nazirliyi arasında
turizm sahəsində əməkdaşlığa dair
Saziş;
1.11. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb
Respublikasının Ali Təhsil Nazirliyi arasında ali təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş;
1.12. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Suriya Ərəb
Respublikasının Təhsil Nazirliyi arasında ümumi təhsil
sahəsində əməkdaşlıq haqqında Saziş;
1.13. Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və Suriya Ərəb
Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə
sahəsində əməkdaşlıq haqqında Saziş;
1.14. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və
Suriya Ərəb Respublikasının Kənd Təsərrüfatı
və Aqrar İslahatlar Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu;
1.15. Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası və
Suriya Gəmiçilik Palatası arasında əməkdaşlığa
dair Anlaşma Memorandumu;
1.16. M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası və Suriya Ərəb
Respublikasının Əl-Əsəd Kitabxanası arasında
əməkdaşlıq haqqında Memorandum.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:2.1. bu sərəncamın
1.1-ci bəndində göstərilən Birgə
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə
dair təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu sərəncamın
1.1-1.16-cı bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi üçün zəruri tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın
1.1-1.16-cı bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Suriya Ərəb Respublikası tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 29 avqust.- S. 2.