Əlahəzrət!
Malayziyanın milli
bayramı - Müstəqillik Günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza ən
səmimi təbriklərimizi yetirməkdən məmnunluq
duyuram.
Əminəm ki, Azərbaycan
ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin hərtərəfli inkişafı
yolunda qarşılıqlı səylərimizi bundan sonra da
ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 30 avqust.- S. 1.