1. 2009-cu il iyunun 25-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikası hökuməti ilə Latviya Respublikası
hökuməti arasında ətraf mühitin mühafizəsi
sahəsində əməkdaşlıq haqqında
Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə tapşırılsın ki, bu sərəncamın
1-ci bəndində göstərilən sazişin həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Latviya
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 30 avqust.- S. 1.