1. 2009-cu il iyunun 11-də
Qəbələ şəhərində imzalanmış
"Azərbaycan Respublikası hökuməti və Belarus
Respublikası hökuməti arasında gömrük işi
sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü
il tarixli Sazişin həyata keçirilməsi barədə Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və
Belarus Respublikası Dövlət Gömrük Komitəsi
arasında Protokol" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Belarus
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 30 avqust.- S. 1.