Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da
Türkiyənin xarici işlər nazirinin birinci müavini
Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Türkiyənin xarici
işlər nazirinin birinci müavini Feridun Sinirlioğlu
Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırdı. Sonuncu dəfə 2001-ci ildə Azərbaycanda
səfərdə olduğunu bildirən qonaq ötən
dövr ərzində ölkəmizdə çox böyük
inkişaf proseslərinin şahidi olduğunu dedi.
Görüşdə
ikitərəfli münasibətlər, beynəlxalq aləmdə
birgə əməkdaşlıq, regional məsələlərə
dair fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Türkiyə Prezidenti Abdullah
Gülün və Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə
və Baş nazirinə çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 30 avqust.- S. 2.