ATƏT-in Bakı ofisinin
rəhbəri Heydər
Əliyev Fondunun fəaliyyətini yüksək
qiymətləndirmişdir
Heydər Əliyev
Fondunun Azərbaycanda ailə, qadın və uşaq problemlərinin
həlli istiqamətində həyata keçirdiyi layihələr
təqdirəlayiqdir.
Bunu ATƏT-in Bakı
ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel
jurnalistlərlə söhbətində bildirmişdir. Diplomat
Heydər Əliyev Fondunun cəmiyyətin ən aparıcı
və həssas təbəqəsi sayılan ailələrin
sosial müdafiəsi, uşaqların və qadınların
hüquqlarının qorunması istiqamətində
reallaşdırdığı irimiqyaslı layihələrdən
xəbərdar olduğunu və bu işləri yüksək
qiymətləndirdiyini söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 30 avqust.- S. 7.