Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

 

- Çox hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Xanımlar cənablar!

Mətbuat nümayəndələri!

Mən, ilk növbədə, çox hörmətli İlham Heydər oğluna ürəkdən təşəkkür etmək istərdim ki, o, bizim dəvətimizi qəbul etmişdir bu gün qədim qonaqpərvər Türkmənistan torpağında rəsmi səfərdədir.

Bu gün biz çox yaxşı, qarşılıqlı hörmət, əməkdaşlığa qarşılıqlı maraq ab-havası ilə səciyyələnən danışıqlar aparmışıq. Biz müasir dünyanın problemləri, sabitlik, təhlükəsizlik haqqında, terrorizm, ekstremizm separatizm kimi təhlükələrə qarşı mübarizə problemləri barədə ətraflı söhbət etdik. Həmçinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqqında əlbəttə, hazırda bütün dünya üçün bəlaya çevrilmiş narkotrafik problemi barədə danışdıq.

Biz əsasən ondan danışdıq ki, ölkələrimiz beynəlxalq aləmdə , o cümlədən iri beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakçılarıq. Bu, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatına aiddir. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, enerji daşıyıcılarının etibarlı təhlükəsiz nəqli bunun iqtisadi inkişafın beynəlxalq əməkdaşlığın təmin olunmasında rolu barədə mən Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi 63-cü sessiyasının gündəliyinə çıxarılmış BMT qətnaməsinin layihəsini Azərbaycan dəstəklədiyinə görə layihənin həmmüəllifi kimi çıxış etdiyinə görə İlham Heydər oğluna bir daha təşəkkürümü bildirmək istərdim.

Zənnimcə, bu, mühüm məsələdir, çünki indi dünyada yaranmış vəziyyəti, yəni böhranı nəzərə alsaq, mənə belə gəlir ki, bu proses təkcə iki dövlətin sabitliyində onların iqtisadi potensialının möhkəmlənməsində mühüm rol oynamaqdan əlavə, hesab edirəm, dünyanın bir sıra ölkələrinə çox yaxşı təsir göstərəcəkdir. Buna görə biz Sizə minnətdarıq. Enerji daşıyıcıları məsələsinə gəldikdə isə, həqiqətən zəngin karbohidrogen ehtiyatlarına malik olan bu iki ölkə, iki dövlət bu məsələ barədə ümumi fikirdədir.

Yəni biz "açıq qapı" siyasətinə karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq. Hər iki ölkə enerji ehtiyatlarının işlənilməsi, emal edilməsi satışı məsələləri barədə eyni fikirdədir. Bunu belə bir fakt da təsdiq edir ki, biz artıq Bakıda beynəlxalq şirkətlərin sərmayədarların iştirakı ilə sanballı beynəlxalq konfrans keçirmişik. Həmin konfransı Türkmənistanda, Aşqabad şəhərində davam etdirəcəyik.

Müzakirələrin əsas mövzusu Xəzər dənizinin statusu məsələsi idi. Biz vurğulayırıq ki, Xəzər sülh sabitlik dənizidir. İranda bütün Xəzəryanı dövlətlərin iştirakı ilə keçirilmiş zirvə toplantısından sonra bu məsələni dəfələrlə qaldırmışıq bu istiqamətdə bizim fikirlərimiz uyğundur.

Mən bizim ticarət-iqtisadi əlaqələrimizi qeyd etmək istərdim. Sevindirici haldır ki, təkcə bu ilin on ayı ərzində əmtəə dövriyyəmiz təxminən 8 dəfə artmışdır. Bu baxımdan bizim hökumətlərarası komissiyanın əlbəttə, ticarət-sənaye palatalarının işini qiymətləndirmək lazımdır. Buna görə onlara "çox sağ ol" demək lazımdır.

Hər iki dövlət üçün - həm Türkmənistan, həm Azərbaycan üçün əsas məsələlərdən biri nəqliyyat məsələləridir. Bu, beynəlxalq, transkontinental məsələlərdir zənnimcə, hər iki ölkə təkcə regionda deyil, həm daha geniş məkanda mühüm rol oynaya bilərdi.

Biz bu gün sosial-humanitar məsələlərə toxunduq. Çünki biz vurğuladıq ki, ümumi mentalitetimiz, dillərimiz, tarixi irsimiz - bunlar hamısı bizi birləşdirir. Ona görə bu gün biz 2009-cu ildə Aşqabad şəhərində sosial-humanitar məsələlərin, incəsənət, ədəbiyyat, irs məsələlərinin s. müzakirəsini keçirmək təşəbbüsünü irəli sürdük. Ümumən, mən bugünkü səfərinə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.

 

Azərbaycan.-2008.-2 dekabr.-S.2.