Ali qonağın şərəfinə

 

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar, xanımlar cənablar!

Mən qonaqlarımızı ilk növbədə, Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlunu ən əziz dostlar kimi bizim torpağımızda, qapılarımız sizin üçün, mehriban qonşularımız üçün həmişə açıq olan diyarımızda salamlayıram.

Qardaş Azərbaycanın rəhbərinin bu səfəri, heç şübhəsiz, bizim münasibətlərimizin tarixinə düşəcəkdir. Bu gün biz çox səmərəli konstruktiv danışıqlar apardıq. Bu danışıqların gedişində ikitərəfli münasibətlərimizin gələcək inkişafı, beynəlxalq siyasətin aktual problemlərinin həllində qarşılıqlı əlaqə ilə bağlı məsələlərin geniş spektri müzakirə edildi, bir sıra mühüm sənədlər imzaladıq.

Mən dərin məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, biz beynəlxalq tərəfdaşlığın bir çox strateji istiqamətləri üzrə baxışlarımızın üst-üstə düşməsini bir daha qeyd etdik. Əldə edilmiş razılaşmalar imzalanmış ikitərəfli sənədlər münasibətlərimizin mövcud müqavilə-hüquqi bazasını yaxşı tamamlayır. Ölkələrimizin mühüm geoiqtisadi mövqe tutmasını enerji ehtiyatlarının iri hasilatçısı olmasını nəzərə alaraq, biz Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu ilə yanacaq-energetika sahəsində, eləcə transkontinental ticarət-kommunikasiya dəhlizlərinin inkişafına dair böyük layihələrin həyata keçirilməsində əməkdaşlığın perspektivlərini müzakirə etdik.

Demək istəyirəm ki, bizim görüşümüzdən əvvəl böyük hazırlıq işi getmiş, bunda hər iki tərəfin nümayəndələri iştirak etmişdir. Mən onların hamısına səmimi təşəkkür edirəm.

Hörmətli Prezident!

Qardaş Azərbaycanın ictimai sosial-iqtisadi həyatın bütün sahələrində yüksələn xətlə inkişafını, xüsusən xalqın rifahı naminə görülən işləri Türkmənistanda yüksək qiymətləndirirlər. İnsanlara qayğı Türkmənistanda da ali prioritetdir. Türkmənistanın dövlət siyasətinin qayəsini təşkil edən "Dövlət insan üçündür" devizi bu qayğının mahiyyətini ifadə edir.

Bir çox cəhətdən ortaq çoxəsrlik tarixi köklərə malik olan zəngin milli ənənələrimizi mədəni irsimizin əhəmiyyətini hər iki tərəfin dərk etməsi onların öyrənmək qoruyub saxlamaq istəyi ölkələrimizin xalqlarımızın daha da yaxınlaşması üçün çox mühüm amildir. Bu ümumilik, məsələn, özünü onda göstərir ki, bizim xalqların adətləri, dili, musiqisi ümumi mədəniyyətimizin digər elementləri hər iki xalqa yaxın aydındır. Türkmənlərlə azərbaycanlılar arasında mövcud olan qarşılıqlı anlaşma qarşılıqlı hörmət hissləri onların mədəni baxımdan qarşılıqlı surətdə zənginləşməsinin əsasını təşkil edir. Məhz bu əsas həqiqi dostluğun mənbəyidir. Böyük şair mütəfəkkir Məhəmməd Füzuli əbəs deməmişdir ki, yolçu, əgər sən düz yolla gedirsənsə, o yoldakı sədaqətli dost sənə kömək olacaqdır.

Fürsətdən istifadə edərək, böyük məmnuniyyətlə Sizə ürəkdən uğurlar diləmək, qardaş Azərbaycanın daha da tərəqqi etməsini, inkişaf yolunda yeni yüksək nailiyyətlər qazanmasını arzulamaq istəyirəm. Bunun üçün hər cür şərait, ilk növbədə, Türkmənistanın türkmən xalqının simasında mehriban qonşular dostlar var.

Əziz dostlar!

Mən hörmətli dostum, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin sağlığına onun uğurları şərəfinə badə qaldırmaq istərdim. Mən ölkənin rəhbərliyinə bütün Azərbaycan xalqına sülh səadət, əmin-amanlıq firavanlıq arzu edirəm. Qoy Türkmənistan Azərbaycan arasında dostluq qardaşlıq möhkəmlənsin!

 

Azərbaycan.-2008.-2 dekabr.-S.3.