Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik hərtərəfli inkişafı üçün çox böyük potensial vardır

 

 

- Hörmətli Qurbanqulu Məlikquliyeviç!

Hörmətli dostlar!

İcazə verin, qardaş Türkmənistan torpağında mənə nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə səmimi qəbula görə bir daha ürəkdən təşəkkürümü bildirim. Bugünkü səfər onun nəticələri iki qardaş ölkə xalq arasında münasibətlərin yüksək səviyyəsini göstərir. Biz möhkəm tarixi köklərə əsaslanan bu münasibətlərə çox böyük əhəmiyyət veririk. İki müstəqil dövlət arasında, iki qonşu arasında dostluq, qardaşlıq münasibətləri bu təməl, bu möhkəm zəmin üzərində qurulur.

Hazırda bizim münasibətlər inkişaf mərhələsində, dinamizm mərhələsindədir. Bizim münasibətlərimizi yaxın tərəfdaşlar, öz ölkələrində uğurlu islahatlar aparan, sosial-iqtisadi inkişaf məsələlərini, öz xalqlarının rifahının, həyat səviyyəsinin yüksəldilməsi məsələlərini uğurla həll edən, regional inteqrasiya, regional əməkdaşlıq proseslərində fəal iştirak edən dost dövlətlər arasında münasibətlər kimi səciyyələndirmək olar.

Bizim ölkələrimizi olduqca çox şey birləşdirir. Artıq deyildiyi kimi, bunlar türkmən Azərbaycan xalqlarının ümumi tarixi, ümumi kökləridir. Dillərimizin - türkmən Azərbaycan dillərinin oxşarlığıdır. Bu gün sizin gözəl Aşqabad şəhərində olarkən mən bizim dillərimizin qədər yaxın olmasını bir daha yəqin etdim. Biz bir-birimizi tərcüməçisiz başa düşürük. Bizim münasibətlərimizi bu baza üzərində qururuq. Bu gün bu münasibətlər real məzmun alır, biz konkret məsələlər həll edirik. Bu ilin may ayında Türkmənistan Prezidentinin Azərbaycana uğurlu səfəri nəticəsində çox məsələlər həll olunub mən əminəm ki, əldə edilmiş bütün razılaşmalar, imzalanmış sənədlər gələcəkdə uğurla reallaşdırılacaqdır.

Bu gün səfər çərçivəsində çox böyük əməli xarakter daşıyan yeni sənədlər imzalanmışdır. Bütün razılaşmaların reallaşdırılması ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa, Mərkəzi Asiya, Qafqaz Xəzər hövzəsi regionunda əməkdaşlığı daha da möhkəmlətməyə imkan verəcəkdir.

Ölkələrimizin çox böyük iqtisadi potensialı vardır. Bu potensial ölkələrimizdə sosial-iqtisadi dəyişiklikləri həyata keçirməyə imkan verir. Müasir, gözəl şəhər, iri meqapolis olan, insanların yaşaması işləməsi üçün hər cür şərait yaradılmış Aşqabadın bugünkü siması Türkmənistanın uğurlu, yüksələn xətlə inkişafına parlaq nümunədir. Sizin ölkəniz müstəqillik illərində çox böyük quruculuq inkişaf yolu keçmişdir bu gün həyatın bütün sahələrində konkret proqramlar həyata keçirməklə uğurla inkişaf edir. Təbii ki, bu, regionda dünyada ölkənizin mövqelərini möhkəmləndirir. Sizin dostlarınız qardaşlarınız kimi biz buna çox şadıq. Sənin dostun, qardaşın qədər güclü olsa, sən bir o qədər güclü olarsan.

Mən qardaş Türkmənistan xalqına yeni uğurlar diləyirəm. Bugünkü nailiyyətlər inamla söyləməyə əsas verir ki, bu irəliləyiş, bu inkişaf gələcəkdə davam edəcəkdir. Biz bundan sonra da konkret iqtisadi, energetika, nəqliyyat layihələri üzərində birgə işləyəcəyik. Çalışacağıq ki, vətəndaşlarımız bir-birini daha yaxşı tanısınlar, mədəni mübadilə daha fəal həyata keçirilsin, ümumi məqsədlər naminə biz daha sıx birləşək.

Mən bu dəvətə görə, qonaqpərvərliyə, səmimi qəbula görə Türkmənistan Prezidenti, dostum Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha dərin təşəkkürümü bildirmək Türkmənistan Prezidentinin sağlığına, qardaş Türkmənistan xalqının tərəqqisi şərəfinə badə qaldırmağı təklif etmək istəyirəm!

 

AzərTAc

 

Azərbaycan.- 2008.-2 dekabr.-S.4.