Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkiyənin səylərini yüksək qiymətləndirir

 

 

Dekabrın 1- Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Əli Babacanla görüşdü. Qonağı salamlayan spiker Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasından danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi bir millət iki dövlət olan Azərbaycanla Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz arasında 140-dan çox sənəd imzalanmışdır ki, bu da münasibətlərimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan qardaş Türkiyənin Qafqazda sabitliyin təhlükəsizliyin bərqərar olması istiqamətindəki səylərini alqışlayır, Türkiyə çətin zamanlarında daim Azərbaycanın yanında olmuşdur. Qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini yüksək qiymətləndiririk inanırıq ki, bu siyasət öz bəhrəsini verəcəkdir.

Türkiyə Respublikasının xarici işlər naziri Əli Babacan Azərbaycana ilk rəsmi səfərindən məmnun qaldığını bildirdi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi. O, cənab İlham Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsini olduqca yüksək dəyərləndirdi. Qeyd etdi ki, bu cür səfərlər iki qardaş ölkə arasındakı münasibətləri daha da möhkəmləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2008.-2 dekabr.-S.4.